İlin ən yaxşı idmançıları bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Lorius” vəqfi tərəfindən 2000-ci ildən bəri keçirilən mükafatlandırmanın budəfəki təqdimatı Berlində baş tutub.
Tədbirdə ilin kişi idmançısı mükafatını serb tennisçi Novak Cokoviç qazanıb. 2015-ci ildə Avstraliya və ABŞ açıq turnirlərini və Uimbeldonu qazanan Cokoviç eyni ildə ardıcıl 15 yarışda finala yüksəlib, onların 11-də isə çempion olub.
2012 və 2015-ci ildə bu mükafatı qazanmış serb raket ustası bu il eyni nominasiyada rəqib olduğu yamaykalı atlet Useyn Bolt, NBA basketbolçusu Stefen Körri, ingilis Formula 1 pilotu Luis Hemilton, “Barselona”nın futbolçusu Lionel Messi və ABŞ qolfçusu Cordan Spiti qabaqlayıb.
İlin qadın idmançısı da tennisçi olub. ABŞ idmançısı Serena Uillyams ən yaxşı seçilib. 2015-ci ildə Avstraliya, Fransa və Uimbildonu qazanan Serena efiopiyalı atlet Genzebe Dibaba, yamaykalı atlet Şelli-An-Freyzer-Prays və ABŞ-lı futbolçu Karli Lloydu qabaqlaya bilib.
Bu il həyatını itirən əfsanəvi futbolçu Yohan Kroyf isə ilin “İdmanın ruhu” mükafatı ilə təltif edilib.