Cavid Hüseynov Maşallah Əhmədovla eyni kamerada saxlanılır
29 dekabr 2015 15:32 (UTC +04:00)

Cavid Hüseynov Maşallah Əhmədovla eyni kamerada saxlanılır

 

Dələduzluq ittihamına görə həbs edilən veteran futbolçu Maşallah Əhmədov ilə jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı cinayət işi çərçivəsində həbs edilən “Qəbələ”nin eks-kapitanı Cavid Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasında eyni kamerada qalır. Lent.az-ın məlumatına görə, bu barədə “Futbol +” qəzeti məlumat yayıb. 

 

Qeyd edək ki, M. Əhmədovun  külli miqdarda dələduzluqda təqsirləndirilərək dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

“Qəbələ” və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov isə jurnalist Rasim Əliyevin öldürülməsini bilirək cinayəti gizlətmə maddəsində təqsirləndirilir. O, avqustun 11-də həbs edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Oxşar yazılar