İker Kasilyas Avropada birinci, dünyada altıncı oldu
28 mart 2016 01:24 (UTC +04:00)

İker Kasilyas Avropada birinci, dünyada altıncı oldu

Rumınya – İspaniya hazrlıq matçında start heyətində yer alan qapıçı İker Kasilyas bu oyunla rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, milli komandada 166-cı dəfə forma şansı qazanan 34 yaşlı qapıçı Avropada bu göstəricidə hər kəsi qabaqlayıb.

 

Qeyd edək ki, ispanyalı “qolkiper” Latviya millisi ilə 165 matça çıxmış Vitali Astafyevi geridə qoyaraq rekorda tək sahib çıxıb.

 

Maraqlıdı ki, dünya üzrə bu sıralamada İker 6-cı pillədə qərarlaşıb. Birincilik isə 184 oyunla Misirli Ahmet Hassana aiddi.

 

Qeyd edək ki, Rumıniya-İspaniya matçı 0:0 hesabı ilə bitib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar