İdmançımız dünya çempionatında 17-ci yeri tutdu
23 mart 2019 20:20 (UTC +04:00)

İdmançımız dünya çempionatında 17-ci yeri tutdu

 
Yaponiyada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı başa çatıb. 
 
ONA-nın məlumatına görə, yarışın son günündə daha bir Azərbaycan idmançısı buz üzərinə çıxıb.
 
Kişilərin yarışında qüvvəsini sınayan Vladimir Litvintsev sərbəst proqramda qüvvəsini sınayıb. Qısa proqramda 16-cı olan təmsilçimiz həlledici çıxışında 19-cu nəticə göstərib. 
 
İki proqramın cəmində 230,84 xal toplayan fiqurlu konkisürənimiz dünya çempionatının yekununda 17-ci olub.
 
Qeyd edək ki, dünya çempionu adına ABŞ idmançısı Natan Çen yiyələnib – 323,42. Yaponiyalı Yuzuru Hanyu 300,97 xalla ikinci, ABŞ təmsilçisi Vinsenr Ju 281,16 xalla üçüncü olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar