“Neftçi” ardıcıl 3-cü dəfə finalda!
24 aprel 2014 18:55 (UTC +04:00)

“Neftçi” ardıcıl 3-cü dəfə finalda!

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, “Neftçi” klubu ardıcıl 3-cü mövsüm həlledici matçda iştirak hüququna yiyələnib.

Flaqman bu dəfə yarımfinalda “Rəvan”ı mübarizədən kənarlaşdırıb. Bakıdakı “Bayıl Arena”da keçirilmiş cavab görüşündə “Neftçi” 3:1 hesablı qələbəyə nail olub. Hesabı 9-cu dəqiqədə qonaq komandanın futbolçusu Ruslan Qurbanov açıb. Meydan sahiblərinin oyunçusu Xuan Manuel Varea 17-ci dəqiqədə bərabərlik qolunu vurub. Amma 1 dəqiqə sonra Flavinyo “Neftçi”ni yenidən irəli çıxarıb. Matçda son nöqtəni isə 54-cü dəqiqədə Bruno Bertuççi qoyub. Bu komandalar arasındakı ilk matç 1:1 hesablı heç-heçə ilə nəticələndiyindən, finala “ağ-qaralar” yüksəliblər.

Digər finalçı saat 19:00-da başlanacaq “Xəzər Lənkəran” – “Qəbələ” matçının nəticəsinə əsasən müəyyənləşəcək. Bu komandalar arasında ötən həftə Qəbələdə keçirilmiş görüş lənkəranlıların məğlubiyyəti ilə yekunlaşıb – 3:0. İndi “Xəzər Lənkəran” 3 topluq fərqi aradan qaldıra bilsə, ardıcıl 2-ci mövsüm finalda “Neftçi” ilə qarşılaşacaq. Əks halda, “Qəbələ” tarixində ilk dəfə ölkə kubokunun həlledici qarşılaşmasında iştirak hüququna yiyələnəcək.

Qeyd edək ki, final matçı mayın 22-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar