İbrahimoviç üçün Şamaxıda kabab qonaqlığı
02 iyun 2015 10:19 (UTC +04:00)

İbrahimoviç üçün Şamaxıda kabab qonaqlığı

İsveç millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçin Azərərbaycana gəldiyini xəbər vermişdik. 1 həftəyə yaxın ölkəmizdə qalmağı planlaşdıran 33 yaşlı hücumçu bölgələrimizi də gəzəcək. Dünən günorta saatlarında Bakıya gələn ulduz daha sonra Şamaxıya yola düşüb. Burada onu kababa qonaq ediblər. Lent.az futbolinfo.az-a istinadən qonaqlıqdan fotonu təqdim edir.

 

Qeyd edək ki, İbrahimoviçin Qəbələyə ziyarət etməsi də planlaşdırılır. Onun ölkəmizə ov etmək məqsədi ilə gəlməsi isə demək olar ki, öz təsdiqini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar