Fransa Liqa 1-də 17-ci turda “Nitsa” ilə qarşılaşma PSJ-nin hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, matçda ikinci qolu vuran isveçli hücumçu klubun tarixinə düşüb.
Belə ki, artıq hesabında 87 qol olan İbra PSJ-nin Liqa 1-dəki ən yaxşı bombardiri olub. O, bu göstərici ilə Mustafa Dalebunu geridə qoyub.