PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını yenidən İtaliya çempionatında davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun “Milan”a qayıtmaq ehtimalı var.
Bu barədə “rossonyerlər”in sabiq idman direktoru, hazırda “Barselona” klubunda çalışan Ariedo Brayda məlumat verib.
O bildirib ki, “İbrakadabra” “Milan”ı çox sevir: “Mən İbrahimoviçin “Milan”a olan sevgisini bilirəm. Odu ki, yenidən həmin formanı geyinəcəyini düşünürəm”.
Qeyd edək ki, İsveç yığmasının kapitanı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib