Braziliyada keçirilən futbol üzrə dünya birinciliyində qalib olacaqları halda Honllandiya millisinin bütün üzvləri kosmosa yollana bilər.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Hollandiyanın “SXC” şirkəti bu təkliflə çıxış edib. Onları ruhlandıran Hollandiyanın hücumçusu Robinin İspaniya millisinin qapısına “uçaraq” kəllə ilə vurduğu qol olub.
“Van Persinin vurduğu o, qol “uçan holland” haqda cöhbətlərin yeni dalğasının yaranmasına səbəb olub. Ona görə də biz qərara gəldik ki, əgər komanda dünya çempionu olsa, o zaman yığmanın 23 oyunçusunu, əlbəttə, baş məşqçi Luni Van Qallı da 103 km hündürlüyündə kosmosa yollayaq. Bizdən asılı olanı edəcəyik ” - deyə, şirkətin yaradıcılarından biri Miçl Mol bildirib.