Penitensiar xidmətin Tərbiyə müəssisəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə futbol yarışı və ənənəvi açıq qapı günü təşkil edilib. Lent.az-ın məlumatına görə, tədbir AFFA-nın təşəbbüsü və Penitensiar xidmətin dəstəyi ilə baş tutub.
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aidiyyəti qurumların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə cəzaçəkmə müəssisələrində silsilə tədbirlər həyata keçirilir və AFFA bu prosesdə fəal iştirak edir.
Sonra AFFA-nın bərpa etdiyi futbol meydançasında Tərbiyə müəssisənin əməkdaşlarından və tərbiyə olunanlardan ibarət komandalar arasında futbol oyunu keçirilib.