Hakan Şükür həbs oluna bilər
30 yanvar 2016 05:53 (UTC +04:00)

Hakan Şükür həbs oluna bilər

Futbol üzrə Türkiyə yığmasının və “Qalatasaray” komandasının keçmiş oyunçusu Hakan Şükür barədə 2 il həbs tələbi ilə məhkəmə iddiası qaldırılıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, keçmiş futbolçunun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sosial şəbəkədə təhqir etdiyi iddia olunur.

 

Hazırlanan iddianaməyə görə Hakan Şükür “Twitter”dəki şəxsi səhifəsidə ölkə prezidentini ağır ifadələrlə təhqir edib. Yerli vətəndaşlardan biri bu barədə Respublika Prokurorluğuna etdiyi şikayətdən sonra qurum “Prezidenti təhqir” cinayəti çərçivəsində istintaq başladıb. Hakan Şükür verdiyi ifadədə mesajda yazdığı şəxsin prezident Ərdoğan olmadığını deyib.

 

İstintaqı başa vuran baş prokuror İdris Kurt isə bildirib ki, Hakan Şükür həmin mesajında heç bir şübhəyə yer verməyəcək şəkildə ölkə prezidentini təhqir edib. Hakan Şükürə iki il həbs cəzası tələb edən iddianamə Bakırköy Ağır Cinayətlərə dair Məhkəməyə göndərilib.

 

2011-ci ildə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilən Hakan Şükürün bu partiyadakı siyasi həyatı 2 il davam edib. Türkiyədə 2013-cü il dekarın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra Hakan Şükür AKP-dən istefa verib. Bu barədə açıqlama verən Şükür, əmrlə gəldik, əmrlə gedirik demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar