"Lans”ın sahibi Hafiz Məmmədov Parisdədir. Sportnet.az "europe-mercato"ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Fransa Peşəkar Futbol Liqasının prezidenti Frederik Tiries, Sərmayələrin İdarə Edilməsi Milli Şurasının Prezidenti Riçard Olivye və klubunun prezidenti Jerve Martellə görüşüb.
H.Məmmədov 2014/2015 mövsümü üçün "Lans”a daha 15 milyon avro yatıracağına söz verib. Klubun ümumi maaş büdcəsi 13 milyon təşkil edəcək. Mövsüm ərzində xərclənən vəsaitlər isə 40-45 milyon avronu əhatə edəcək.
Qeyd edək ki, Hafiz Məmmədov Azərbaycanda xeyli tanınmış iş adamıdır. Onun xeyli şirkəti var və həm də “Bakı” futbol klubunun sahibidir.