“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov İspaniyanın “Atletiko” klubunu Çempionlar Liqasının finalına vəsiqə qazanması münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, Məmmədov klub rəhbərliyi adından “Atletiko”ya “Real Madrid”lə keçirəcəyi həlledici görüşdə uğurlar arzulayıb.
Qeyd edək ki, baş məşqçi Dieqo Simeonenin komandasının formasında “Land of Fire Azerbaijan” (“Odlar Yurdu Azərbaycan”) sözləri yazılıb. Klubun himayədarlarından biri Hafiz Məmmədovdur. “Atletiko” yarımfinalda İngiltərənin “Çelsi” klubunu mübarizədən kənarlaşdırıb.