Hafiz Məmmədov: “Fövqəladə dərəcədə ambisiyalıyam” - YENİLƏNİB
11 iyun 2014 11:23 (UTC +04:00)

Hafiz Məmmədov: “Fövqəladə dərəcədə ambisiyalıyam” - YENİLƏNİB

İş adamı Hafiz Məmmədov İngiltərənin "Şeffild Uensdey" klubunu almaqdan razı qalıb. Lent.az-ın xəbərinə görə, H.Məmmədov klubun rəsmi saytına verdiyi açıqlamada Milan Mandariçin alqı-satqı müqaviləsinə razılıq verməsini hədsiz sevinc və qürur hissi ilə qarşıladığını bildirib: “Mən ehtiraslı futbol azarkeşiyəm. İngiltərə futboluna hörmətim böyükdür. İngiltərəyə sərmayə qoymaq üçün uzun müddət axtarış apardım. Amma düzgün klub tapmaq istəyirdim. Fövqəladə dərəcədə ambisiyalıyam və “Şeffild Uensdey”-in mənim ehtiraslarıma, uğur qazanma istəyimə və bizim “Land of Fire Azerbaijan” devizimizi təmsil etməyə uyğun gəldiyini hiss edirəm. Haqlı olaraq, alışıb yanan gərgin zəhmətimlə hər kəsə dəstək olmağa çalışacağıma söz verirəm". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500

Oxşar yazılar