Gömrük Akademiyasında idman yarışları keçirilib
08 yanvar 2016 12:16 (UTC +04:00)

Gömrük Akademiyasında idman yarışları keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbə və müdavimlər arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə idman yarışları təşkil olunub.

 

Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlar zamanı futbol, stolüstü tennis və şahmat oyunları keçirilib. İki həftə davam edən yarışların sonunda qaliblər müəyyən edilib. Yarışlarda fəallığı ilə seçilən və qalib gələn müdavim Elçin Seyidov, tələbələrdən isə Etibar Qarayev və Ələkbər Zeynalov Akademiyanın rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar