Gimnastlarımız Avropa çempionatında altıncı olub
13 iyun 2014 23:34 (UTC +04:00)

Gimnastlarımız Avropa çempionatında altıncı olub

İyunun 13-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatı başlayıb.

APA-nın məlumatına görə, çempionatın ilk günü əvvəlcə yeniyetmə gimnastlar fərdi proqramla çıxış edib. Halqa və top ilə yarışlarda Azərbaycan gimnastı Jalə Piriyeva 31,466 xalla ilk pillədə qərarlaşıb. İsrail təmsilçisi Linoy Aşram 31,382 xalla ikinci, Mariya Trubaç (Belarus) isə 31,249 xalla üçüncü olub.

 

Komanda hesabında Belarus 62,923 xalla liderdir. Rusiya kollektivi (62,366 xal) ikinci, Azərbaycan yığması (61,815 xal) isə üçüncü pillədə yer alıb. Yeniyetmələr arasında gürz və lentlərlə yarış iyunun 14-də keçiriləcək. İki günün nəticəsinə əsasən finala yüksələcək gimnastlar müəyyənləşəcək.

 

Çempionatda qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandalar 10 gürz / 3 top – 2 lentlə mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rusiya millisi 36,566 xalla qızıl medal qazanıb. İtaliya gimnastları 34,749 xalla ikinci, İsrail kollektivi 34,383 xalla üçüncü pillədə qərarlaşıb.Azərbaycan komandası çempionatda 34,050 xalla altıncı olub.

 

İyunun 15-də yekun vurulacaq çempionatda 33 ölkədən 200-dən artıq gimnast iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar