Nazir idman jurnalistlərini təbrik etdi
02 iyul 2013 14:10 (UTC +04:00)

Nazir idman jurnalistlərini təbrik etdi

Gənclər və İdman Nazirliyi 2 iyul Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə təbrik məktubu yayıb. Lent. az-ın məlumatına görə, nazir Azad Rəhimovun adından göndərilən məktubda deyilir:

 

“Sizi  Gənclər və İdman Nazirliyi adından 2 iyul - beynəlxalq idman jurnalistikası günü münasibətilə təbrik edirəm. Bildiyiniz kimi, hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılıb. Sevindirici haldır ki, gələn il AIPS-in 90 illik yubileyi ərəfəsində, təşkilatın 77-ci konqresi məhz paytaxtımızda keçiriləcək. Bu gün idman jurnalistlərimiz, həm mətbuatımızın, həm də idman ictimaiyyətimizin layiqli üzvünə çevriliblər. Hazırda ölkəmizdə, xüsusi idman telekanalı, 10-dan çox idman nəşri, 10-larla idman xəbər portalı fəaliyyət göstərir. Bundan başqa bütün telekanallar və digər KİV-lər idman mövzusuna böyük diqqət yetirirlər.

Əziz idman jurnalistləri!

Sizin hər birinizi, peşə bayramınız münasibətilə təbrik edir, hamınıza can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

 

Qeyd edək ki, daha öncə AFFA da rəsmi saytı vasitəsilə təbrik mesajı yayımlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar