Futbolçular meydana neftçi dəbilqəsi ilə çıxdı
06 dekabr 2015 17:14 (UTC +04:00)

Futbolçular meydana neftçi dəbilqəsi ilə çıxdı

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"ni qəbul edir.

Hazırda Lənkəran klubunun mərkəzi stadionunda keçirilən qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb. Bundan əlavə, hər iki komanda “Günəşli” neft yatağında həlak olan neftçilərin ruhuna ehtiram əlaməti olaraq başlarında neftçi dəbilqəsi ilə meydana çıxıblar. Hər iki komanda isə qollarında qara sarğı ilə oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

Oxşar yazılar