İspaniyanın “Rasinq” futbol klubunun prezidenti Anxel Lavin istefaya göndərilib. Lent.az-ın məlumatına görə, Lavin ölkə kubokunda “Real Sosyedad”la ¼ final mərhələsinin cavab görüşündə Santander komandası futbolçularının oynamaq istəməməsindən sonra postundan kənarlaşdırılıb.
Ona qarşı “fırıldaqçılıq” maddəsi ilə cinayət işi qaldırılıb. Lavinlə birgə klubun Direktorlar Şurasının bütün üzvləri də gediblər. Belə bir qərar “Rasinq” səhmdarlarının görüşündə qəbul olunub. Xuan Antonio Sanudo isə “Rasinq”in yeni prezidenti seçilib.