FİFA prezidentini fitə basıb bunu tələb etdilər
08 iyul 2019 16:49 (UTC +04:00)

FİFA prezidentini fitə basıb bunu tələb etdilər

 
 
FİFA prezidenti Canni İnfantino xoşagəlməz hadisə ilə üzləşib. 
 
APA-nın məlumatına görə, bu, qadınlar arasında dünya çempionatının final oyununda yaşanıb. 
 
ABŞ və Hollandiya millilərinin matçından (2:0) sonra meydana çıxan qurum rəhbəri azarkeşlər tərəfindən fitə basılıb. Fanatlar “eyni maaş” şüarları səsləndirməklə, kişi və qadın futbolçuların maaşları arasındakı duruma etiraz ediblər. 
 
Qeyd edək ki, ABŞ yığması 2015-ci ildə qazandığı titulu qoruyaraq, tarixində 4-cü dəfə çempion olub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar