FİFA Braziliyada keçiriləcək dünya çempionatından xeyli gəlir əldə edəcəyini gözləyir. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun baş katibi Jerom Valke San-Pauluda keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Jerom Valke FİFA-nin 4,5 milyard dollar gəlirə ümid etdiyini vurğulayıb. Bu zaman ali futbol qurumunun turnirin keçirilməsinə 2 milyard dollar xərclədiyi qeyd edilir.
Valke azarkeşlər üçün əsl bayram keçirməyə də söz verib: “Biz start oyununa tam hazırıq. Yığma komandalar hazırlaşmaq üçün ən yaxşı bazalara yerləşdiriliblər. Turnirin ilk həftələri ən ağırıdır. Amma biz heç bir problem olmayacağına tam əminik. Biz hər şeyə nəzarət edirik”.