FİFA Almaniyaya qarşı rüşfət ittihamını araşdırır
22 mart 2016 20:07 (UTC +04:00)

FİFA Almaniyaya qarşı rüşfət ittihamını araşdırır

FİFA 2006-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmiş Almaniya ilə bağlı təhqiqata başlayıb. APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda FİFA yazılı bəyanatla çıxış edib.

 

Bəyanatda bildirilib ki, 2006-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmiş Almaniya barəsində rəsmi təhqiqata başlanılıb. Almaniya Futbol Federasiyasının keçmiş prezidentləri Volfanq Niersbax və Teo Zvanziger, habelə Frants Bekkenbauer, Helmut Sandrok, Horst Şmidt və Stefan Hans təhqiqata cəlb olunub.

 

Bəyanatda qeyd olunub ki, F. Bekkenbauer, T. Zvanziger, H. Şmidt ve S. Hans barəsində dünya çempionatına ev sahibliyi etmək üçün səslərin satın alınması ilə bağlı araşdırma aparılacaq.

 

Qeyd edək ki, 2015-ci ilin oktyabrında “Der Şpigel” jurnalı Almaniyanın futbol üzrə dünya çempionatını təşkil etmək hüququnu satın alması haqda xəbər yayıb. Jurnalın xəbərinə görə, təşkilat komitəsinin yaratdığı “qara kassa”ya “Adidas” firmasının o vaxtkı icraçı direktoru Rober Lui-Dreyfus 2000-ci ildə gizli şəkildə 10,3 milyon İsveçrə frankı (6,7 milyon avro) köçürüb. İddia olunur ki, vəsaitdən FİFA-nın İcraiyyə Komitəsində Asiyadan 4 nümayəndəni satın almaq üçün istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar