2018-ci ildə Rusiya keçiriləcək dünya çempionatındakı qarşılaşmaların keçiriləcəyi stadionlarda konsert verilməyəcək.
Lent.az-ın milliyet.com.tr-yə istinadən məlumatına görə, bununla bağlı FİFA Rusiyaya qadağa qoyub. Buna səbəb konsert zamanı ot örtüyünün zədələnə biləcəyi bildirilir. Bu qadağa dünya çempionatının başlanmasına 2 ay qalmış qüvvəyə minəcək.