FİFA dünya çempionatları tarixində ilk dəfə olaraq topun qapı xəttini keçməsinə texnologiya vasitəsilə qərar verilib. Lent.az-ın xəbərinə görə, dünən keçirilən Fransa-Honduras (3-0) matçında yaranmış mübahisəli qol epizodu zamanı texnologiyadan istifadə edilib.
Oyunun 47-ci dəqiqəsində Kərim Benzemanın zərbəsi qapı dirəyinə dəyib. Bu zaman Hondurasın qapıçısının müdaxiləsindən sonra top qapı xəttinə tərəf hərəkət edib. Bu zaman hakimin saatı titrəməyə başlayıb və qol hesaba alınıb.
Qapı xəttini 7 yerdən olmaqla 14 kamera müxtəlif nöqtələrdən çəkir və top qapı xəttini keçəndə hakimin saatı titrəməyə başlayır.
Bu texnologiyadan istifadə bir stadion üçün 500 min avro dəyərindədir.