FHN-nin 2 əsgəri qələbə qazanıb
21 yanvar 2016 10:24 (UTC +04:00)

FHN-nin 2 əsgəri qələbə qazanıb

 

Yanvarın 18 və 19-u Şağan Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. Lent.az-ın məlumatına görə, çempionatda 39 komanda, 198 idmançı iştirak edib.

 

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Mülkü Müdafiə Qoşunlarının əsgəri 81 kq çəki dərəcəsində Heybətov Elçin 2-ci yer, 73 kq çəki dərəcəsində Fətəliyev Şamil 2-ci yerə layiq görülüblər.

 

Qeyd edək ki, çempionatın baş hakimi Telman Əhmədli, FHN-nin idmançılarının məşqçisi Taleh Sadıqov olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar