Ferqyuson erası bitdi: əfsanə “Mançester Yunayted”dən gedir
08 may 2013 14:04 (UTC +04:00)

Ferqyuson erası bitdi: əfsanə “Mançester Yunayted”dən gedir

Aleks Ferqyuson mövsümün sonunda İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçi postunu tərk edəcək. Lent.az-ın məlumatına görə, bu barədə 72 yaşlı şotlandiyalı mütəxəssisin özü açıqlama verib.

 

Ferqyuson bildirib ki, bu, üzərində uzun müddət və ciddi düşündüyü qərardır: “Fikrimcə, münasib zaman yetişib. İrəli getmək lazımdır. “Mançester Yunayted”in direktoru və səfiri olmağa sevinərəm”.

 

Qeyd edək ki, Aleks Ferqyuson 1986-cı ildə “Mançester Yunayted”in baş məşqçisi təyin olunub və “qırmızı şeytanlar”ı Böyük Britaniyada ən titullu kluba çevirib. Onun rəhbərkiyi altında komanda 13 dəfə İngiltərə çempionu olub. “Mançester Yunayted” cari mövsümü də birinci pillədə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173
avatar

Oxşar yazılar