Türkiyə Futbol Federasiyası (TFF) İdarə Heyəti və futbol üzrə yığma komanda Soma faciəsi qurbanlarının məzarını ziyarət edib. Lent.az-ın xəbərinə görə, Mədənçilər Qəbiristanlığında gələn heyət məzarlara çiçək düzüb, dualar oxuyub.
Daha sonra TFF prezidenti Yıldırım Dəmirörən, yığmanın baş məşqçisi Fatih Terim və futbolçular Somadakı məscidə gələrək günorta namazı qılacaq və Aldal kəndində yas mərasiminə qatılacaq.
Sonda heyət Akhisar hərbi hava limanından İstanbula qayıdacaq.