Falkao heç hara gedəsi olmadı
17 may 2013 04:01 (UTC +04:00)

Falkao heç hara gedəsi olmadı

“Sözsüz, “Real” favoritdir, amma biz bu barədə narahat olmuruq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun hücumçusu Radamel Falkao deyib.

Kolumbiyalı forvard bu gün keçiriləcək İspaniya Kral kuboku öncəsi mətbuat konfransında iştirak edib. Təcrübəli hücumçu mətbuatda gəzən transfer xəbərlərinə də münasibət bildirib: “Düşünmürəm ki, bu, mənim “Atletiko”da son önəmli matçım olsun. Ötən il də belə danışırdılar. Mənim isə Madrid klubu ilə hələ üç illik müqaviləm var. KİV-in məlumatına görə, mən artıq “Çelsi” ilə müqavilə imzaladım. Hətta “Mançester Yunayted”, “Monako” və “Real”la belə mənim keçidimi reallaşdırdılar. Bunların hamısı yalandır”.

Qeyd edək ki, “Atletiko” – “Real” matçı Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

# 645
avatar

Oxşar yazılar