Faiq Qarayev: “Böyük planlarımız var”
21 may 2013 18:41 (UTC +04:00)

Faiq Qarayev: “Böyük planlarımız var”

Mayın 23-də Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandası dünya Çempionatının 1-ci seçmə mərhələsində iştirak etmək üçün Xorvatiyanın paytaxtı Zaqrebə yollanacaq. Lent.az-ın məlumatına görə, səfər öncəsi komanda ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse prezidenti Faiq Qarayev və baş katib Elşən İsmayılov görüşüb.

 

Onlar yığma üzvlərinə mötəbər yarışda bütün federasiya adından uğurlar arzulayıblar. Qarayev bütün oyunçuların problemləri ilə maraqlanıb və yeni mövsümdən kişilər arasında da ölkə çempionatının keçiriləcəyini vurğulayıb. Federasiya rəsmiləri 24 - 26 mayda keçiriləcək seçmə mərhələdə kişilərdən ibarət yığmamızın da ölkəmizi təmsil etməsinin artıq böyük uğur olduğunu qeyd ediblər.

 

Qarayev deyib: “AVF-nin qarşısında böyük planlar durur. 2015-ci il Avropa Oyunlarına hazırlıq məqsədilə çimərlik voleybolu üçün yeni meydançaların, bazaların salınması, daha güclü qadınlardan və kişilərdən ibarət milli yığma komandaların olması bu planların bir hissəsidir”.

 

Qeyd edək ki, Azərbaycan millisinin rəqibləri Xorvatiya, Hollandiya, eləcə də Bosniya Herseqovinadır.

# 799
avatar

Oxşar yazılar

Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15