İngiltərə Premyer Liqasının XXVI turunun “Çelsi” – “Suonsi” oyununa start heyətində başlayan birincilərin futbolçusu Sesk Fabreqas adada yubiley matçına çıxıb.
Londonda baş tutan qarşılaşma ispan futbolçunun Premyer Liqa karyerasında 300-cü olub. O, bu görüşlərdən 212-ni “Arsenal”ın, 88-ni isə “Çelsi”nin heyətində keçirib.
Fabreqas İngiltərə Premyer Liqasında bu göstəriciyə çatan ilk ispan futbolçu olub.
Qeyd edək ki, həmin oyunun 19-cu dəqiqəsində Sesk hesabı açaraq yubileyinə qol hədiyyə edib.