Moskva “Lokomotiv”ində çıxış edən azərbaycanlı futbolçu Aleksandr Səmədov həmklubu Aleksey Mirançukla birgə Rusiya milli komandasının yeni səfər forma dəstini təqdim edib. Lent.az-ın məlumatına görə, formanı yığma üçün “Adidas” firması hazırlayıb.
O, ağ-göy rənglərdədir və ağ futbolkaların üstündə Yer planeti təsvir olunub. Yeni dəst ilk dəfə martın 5-də Ermənistan millisi ilə yoldaşlıq görüşündə təqdim olunacaq. Matç Krasnodarda baş tutacaq.