Ərəb şeyxindən 222 milyon avroluq təklif
22 iyul 2017 20:28 (UTC +04:00)

Ərəb şeyxindən 222 milyon avroluq təklif

0

İdman transferləri sahəsində rekord məbləğdə anlaşmaya imza atıla bilər.

 

Lent.az-ın Sputnik-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Sport" dərgisi yazıb.

 

Söhbət Fransanın PSG futbol klubunun "Barcelona"nın braziliyalı ulduzu Neymarla apardığı danışıqlardan gedir.

 

"Barcelona" oyunçunu satmaq istəmədiyinə görə, PSG-nin qətərli prezidenti Nasir Əl-Xelaifi 222 milyon avro təklif edərək Neymarın sərbəst olmasını təmin etmək istəyir.

 

Bu təklif reallaşsa, Neymar idman tarixinin ən bahalı transferinə imza atacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar