FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin də siyahısını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, siyahıya 24 oyunçunun adı daxil edilib.
Ən yaxşı futbolçu adına namizədləri sizə təqdim edirik:
Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya" Dortmund)
Leonardo Bonuççi (İtaliya, "Yuventus"/"Milan")
Canluici Buffon (İtaliya, "Yuventus")
Dani Karvahal (İspaniya, "Real" Madrid)
Kriştianu Ronaldo (Portuqaliya, "Real" Madrid)
Paulo Dibala (Argentina, "Yuventus")
Antuan Qrizmann (Fransa, "Atletiko")
Eden Azar (Belçika, "Çelsi")
Zlatan İbrahimoviç (İsveç, "Mançester Yunayted"in sabiq futbolçusu)
Andres İnyesta (İspaniya, "Barselona")
Harri Keyn (İngiltərə, "Tottenhem")
Nqolo Kante (Fransa, "Çelsi")
Toni Kroos (Almaniya, "Real" Madrid)
Robert Levandovski (Polşa, "Bavariya")
Marselo (Braziliya, "Real" Madrid)
Lionel Messi (Argentina, "Barselona")
Luka Modriç (Xorvatiya, "Real" Madrid)
Keylor Navas (Kosta-Rika, "Real" Madrid)
Manuel Noyer (Almaniya, "Bavariya")
Neymar (Braziliya, "Barselona"/PSJ)
Serxio Ramos (İspaniya, "Real" Madrid)
Aleksis Sançes (Çili, "Arsenal")
Luis Suares (Uruqvay, "Barselona")
Arturo Vidal (Çili, "Bavariya")