Əmrə daha 3 il “Fənərbaxça”da
14 may 2014 23:40 (UTC +04:00)

Əmrə daha 3 il “Fənərbaxça”da

“Fənərbaxça” futbol klubunun kapitanı Əmrə Beləzoğlu komandada qalır. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin oyunçusu gələcəkdə məşqçi olmaq üçün universitetə yazıldığını da açıqlayıb.

 

Mövsümü çempion kimi bitirdiyindən xoşbəxt olduğunu qeyd edən futbolçu daha 3 il “Fənərbaxça”da qalmaq istədiyini vurğulayıb: “Çox çətinliklər yaşadıq. Futbol oynadığımızı belə anlamadıq. Amma mən futbol vurğunuyam və futbol oynamaqdan böyük zövq alıram. Daha 3 il “Fənərbaxça” formasını geyinmək, sonra isə məşqçi olmaq istəyirəm”.

 

Vaxtilə “Qalatasaray” forması geyən və sonra bu kluba xəyanət edən Əmrə məşqçi olmaq üçün şərtləri bildiyini və bunun üçün universitetə yazıldığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar