Rusiyanın paytaxtı Moskvada əlil arabasında idman rəqsi üzrə qitələrarası çempionat keçirilib. Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, çempionatda Azərbaycanı Vüsalə Kərimova və Tamerlan Qədirov təmsil edib.
İdmançılarımız yüksək nəticə göstərərək çempionatın kubokunu qazanıblar.