Elçin Zeynalov: “İ<b>stənilən oyunların gümüş medalı nailiyyətdir”</b> - <span style="color:red;">MÜSAHİBƏ
01 iyul 2015 12:23 (UTC +04:00)

Elçin Zeynalov: “İstənilən oyunların gümüş medalı nailiyyətdir” - MÜSAHİBƏ

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi (AOK) ilk Avropa oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etdi.

 

- İlk Avropa oyunlarına gərgin  hazırlıq prosesi, bu innovativ yarışın  Olimpiya hərəkatı və idmanın inkişafında  əhəmiyyəti,  gələcək potensialı və yüksək idman ustalığına təsiri barədə Azərbaycan Mili Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla söhbət:

 

- Elçin müəllim, dünya yay olimpiya oyunlarının mövcud olduğu bir halda Avropa oyunlarının təşkilinin nə qədər məqsədəuyğun olması barədə suallar meydana çıxır.

 

- Avropa Yunanıstanda yaranmış Olimpiya oyunlarının beşiyidir, onun Olimpiya və idman hərəkatına töhfəsi isə ən qədim ənənələrə malikdir. Ancaq Panamerika və ya Asiya oyunlarına bənzər Avropa oyunlarının keçirilməsi 25 il ərzində nəticəsiz olaraq müzakirə olunurdu. 2012-ci ilin dekabrında isə Avropa oyunlarının keçirilməsi barədə qərar qəbul edildi. Estafetin Bakıda başladığı Avropa oyunlarında hər bir Avropa ölkəsi iştirak etdi. Avropa oyunları yeni stimullar verərək, idmana və onun problemlərinə ümumi marağı gücləndirdi. Əsasında olimpizm prinsiplərinin dayandığı bu oyunlar bir qitədə yaşayan insanları sülh və inkişaf ətrafında birləşdirən vasitə oldu.

 

Azərbaycan Avropa Oyunları tarixinin ilk  səhifəsini açan Azərbaycan təsəvvür olunmayacaq dərəcədə məhdud müddətdə böyük hazırlıq işlərini həyata keçirən və Avropa oyunlarının növbəti paytaxtları üçün standartları müəyyən edən ölkə kimi qalacaq.

 

- Müstəqil Azərbaycanın beynəlxalq arenaya çıxmasından 20 ildən bir az çox zaman keçib. Qitənin ən böyük idman tədbirinin təşkilinin Azərbaycana həvalə olunması təsadüfi deyil.

 

- İstənilən tarixi hadisəyə verilən qiymət məşhur ifadəyə - “hər şey müqayisədə dərk edilir” - əsaslandığı halda obyektiv ola bilər. Bu ifadənin mənasını isə daha bir məşhur aforizm təsdiqləyir – “Həmin keçmiş olmasaydı, bu gün sahib olduqlarımız da olmazdı”. Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyini öz üzərinə Respublikanın çox pis bir dövründə götürdükdən sonra, artıq 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Nazirliyin fəaliyyətinin əsasına isə dəqiq hədəf qoydu – Azərbaycanın dünyada tanınan idman dövlətinə çevirmək üçün  idmanın inkişafına nail olmaq.

 

Milli Olimpiya Komitəsinə rəhbərlik edən prezident İlham Əliyevin ölkəni idarə etməsi hesabına əldə olunmuş iqtisadi potensial isə idman sənayesinin inkişafını sürətləndirməyə imkan verib.

Belə ki, ölkədə on il ərzində 40-dan çox yüksək səviyyəli Olimpiya kompleksi, İlk Avropa oyunlarının paytaxtında isə çox məhdud zaman ərzində ən yüksək Olimpiya səviyyəsinə cavab verən idman və nəqliyyat infrastrukturu yaradıldı.

 

- Avropa 2,5 il ərzində yaradılmış Bakı-2015 idman strukturu və İlk Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyinə heyran olub. Təşkilat Komitəsinin qitənin ən böyük hadisəsinə mürəkkəb hazırlıq prosesində rolu nə dərəcədə böyükdür?

- Avropa Oyunlarının xarakterik cəhəti ondadır ki, ilk dəfə olaraq, dövlət idarəetmə formalarını qeyri-hökumət təşkilatlarının idarəetməsi ilə harmonik şəkildə birləşdirir. Bu, ölkədə Olimpiya və idman hərəkatına yüksək potensial yaradan, milli mədəniyyət və incəsənəti sivil dünyada populyarlaşdıran MOK və Heydər Əliyev Fondunun simasında həyata keçirilir.Bütün bunlar MOK və Heydər Əliyev Fondunun rəhbərliyi altında həyata keçirilir.

Yekunda ölkədə idman və Olimpiya hərəkatının yüksək potensialı üzə çıxarılmış, milli mədəniyyət, incəsənət və ənənələr isə dünyada tanıdılmaq üçün əlavə təkan əldə etmişdir.
Bu gün gördüyümüz hər şey ölkə və MOK liderinin qəbul etdiyi və istənilən mürəkkəb vəziyyətdən çıxış tapan qərarların fikir gücü, aydın görünən perspektivi və sarsılmaz məntiqidir, eləcə də, rəhbərlik  etdiyi Avropa oyunları təşkilat komitəsində çoxtərəfli fəaliyyətinin ən mürəkkəb məsələlərin həllinə humanist yanaşmanı qoruyub saxlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək mədəniyyəti və kübarlığıdır.. Bu isə Gənclər və İdman Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində, ilk Avropa Oyunlarının hədəf və məqsədlərinə nail olmaq üçün yaradıcı yanaşmaya gətirib çıxardı. Xatırlatmağa lüzum yoxdur ki, Olimpiya qanunlarına görə, ilk Avropa oyunları kimi böyük idman hadisələrinin keçirilməsinə hazırlıq ayrılan zamandan 2,5 dəfə daha çox zaman tələb edirdi.

 

 

- Baş tutmasında və keçirilməsində Azərbaycanın əhəmiyyətli rol oynadığı ilk Avropa Oyunları ən yüksək qiyməti alıb. Bizim idmançıların köhnə dünyanın qitə oyunlarında uğurları barədə nə demək olar?

 

- İlk Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal – 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazandılar. Ölkələr üzrə sıralamada isə Azərbaycan 2-ci yeri tutdu.
İlk Avropa oyunları yarışlarının ən yüksək səviyyədə keçirilməsi üçün Oyunların paytaxtında ən yüksək Olimpiya tələblərinə cavab verən idman kompleksləri yaradılmışdı.  Bu faktorlardan biri olaraq qeyd edərdim ki, Bakı-2015 təkcə idman uğurları meydançası deyil, həm də ölkələrin sülh şəraitində yaşaması prinsiplərinin, sülhün möhkəmləndirilməsinə, xalqların yaxınlaşmasına təsir edən olimpizm ideyalarının reallaşdırıldığı meydan olub. İlk Avropa oyunları dünyaya əsasında multikulturalizm, humanizm və insansevərliyin dayandığı dövlətin sosial siyasətini göstərərək, milli mədəniyyətin əhəmiyyətli pilləsi olub.

 

- Bakı-2015-in idman infrastrukturunun böyük hədəfləri 2,5 ilə yerinə yetirildi, bu isə xarici ekspertlərin və Avropa Oyunları Əməliyyat Komitəsinin xarici üzvlərinin razılığına səbəb oldu. Bu qlobal idman məsələlərinin uğurla həyata keçirilməsinə hansı faktorlar təsir edib?

 

-Son 10 ildə Azərbaycanın idman memarlığı dövlətin prinsiplərinə (Hər şey xalq üçün) müvafiq şəkildə inkişaf etdirilib. İlk Avropa Oyunlarının idman infrastrukturunun ümumi prinsipləri öz əksini Atletlər kəndi, Olimpiya Stadionu, Gimnastika Arenası, Su idman növləri sarayı, Stend atıcılıq mərkəzinin layihəsinin hazırlanması və tikintisində tapan  müasir idman kompleksləri yaratmağa meyl idi.

Bu adı çəkilən əsas Bakı-2015 idman məkanlarından paytaxtın dövlət planına harmonik şəkildə uyğunlaşan ikisinin üzərində dayanmaq vacibdir – Atletlər kəndi və Olimpiya stadionu.
Olimpiya Xartiyasına görə, idmançılar kəndi əsas idman mərkəzlərinin yaxınlığında yerləşməlidir. Avropa Oyunlarının idmançıları üçün Olimpiya stadionuna, Gimnastika mərkəzinə və metro stansiyasına çox yaxın olan bütöv bir mikrorayon tikilib. Əgər Atletlər kəndi hamını öz yeri və yaşıllıqla çərçivələnmiş hündür binaların möhtəşəmliyi heyran edirsə, Olimpiya Stadionu təkcə möhtəşəmliyi ilə deyil, həm də yaradılmış ekoloji mühiti ilə təəccübləndirir. Məsələ burasındadır ki, Olimpiya Stadionunun ərazisi bir zamanlar dünyada ən çirkli göl hesab edilən Böyükşor gölünün ərazisinə daxil idi. Bu göl bura əsr yarım ərzində atılan neft tullantıları, axıntılar və çirkablı sularla Bakıda ekoloji vəziyyəti mürəkkəbləşdirirdi.

Onilliklər tələb edən gölün təmizlənməsi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına” daxil edilmişdi. Dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar və uzaqgörənlik sayəsində layihənin birinci mərhələsi çərçivəsində Böyük Şorun şərq və cənub sahillərində bulvar və park yaradılıb, onların ərazisində isə neftlə çirklənmiş ərazi təmizlənib. Bu unikal hadisədir.

 

 

- İlk Avropa Oyunlarının açılışı çoxmilyonlu izləyici auditoriyasında unudulmaz təəssürat yaratdı. Möhtəşəm açılışın  hansı məqamı Sizdə daha böyük təəssürat yaratdı?

 

- Tarixi hadisələri, incəsənəti, ədəbiyyatı və musiqini əhatə edən bu böyük mərasim zamanı  məndə ən böyük təəssüratı Qobustanın 5 dağ zirvəsinin rəsmi və bizim gözəl xanəndə Alim Qasımov tərəfindən Avropa oyunlarının bayram açılışına uvertüra şəklində ifa edilən muğam yaratdı.

Azərbaycanın musiqi mədəniyyətinin komponentlərindən biri kimi Muğam istənilən ifa formasında – opera, balet, mahnı janrı, klassika və cazz - insanlara təsir edir. Azərbaycan poeziyasının klassikləri olan Nizami, Füzuli, Nəsimi, Vaqifin lirik qəzəllərinin poetik mətnləri insanlara təsir etməyə bilməz. Qobustan və Muğamın məndə yaratdığı təəssürat isə qayaüstü rəsmlərlə əlaqəlidir. Onlardan birinin üzərindəki rəqs edən fiqurlar alimlərin Azərbaycan xalq musiqisinin 5 min il öncə yaranması barədə fikirlərini təsdiqləyir. Maraqlı faktdır, deyilmi?

 

- Avarçəkmə Federasiyasının Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığı hansı səviyyədədir?

 

- Azərbaycanın milli federasiyalarının beynəlxalq və Avropa federasiyalarının tam hüquqlu üzvü olaraq tanınması, onların Avropa və dünya məkanına müstəqil çıxışı bu ya digər idman növünün fəaliyyətinin effektivliyini təmin etməyə qadir olan  idarəetmə metodlarını və iqtisadi potensialı artırmağı tələb edirdi.

Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə federasiyaların idarəetmə metodları könüllü özünü idarəetmə formalarından dövlət maraqlarına tabe edildi. Bu isə yüksək beynəlxalq səviyyəli idmançıların hazırlanması proseslərinə hər iki tərəfin maraqlı olduğu yanaşmanı şərtləndirdi.

Milli avarçəkmə federasiyası ilk günlərdən ümummilli lider Heydər Əliyevin dənizkənarı bulvarda avarçəkmə hovuzunun və ellinqlərin tikilməsi barədə ideya və qərarlarına, dövlət və MOK başçısı İlham Əliyevin vətəni dünyada tanıdan sağlam nəslin hazırlanmasının kütləviləşdirilməsi barədə konsepsiyasına əsaslanırdı.

 

 

- Dövlət və qeyri-hökumət orqanlarının qarşılıqlı əlaqəsi barədə hər şey aydındır. Bəs təcrübədə hər şey necədir? Avarçəkmədə  uğurlara necə nail oldunuz?

 

- Dövlət və qeyri-hökumət strukturlarının maraqlı olduğu, qarşılıqlı əlaqəli fəaliyyət Avarçəkmə Federasiyasına kifayət qədər qısa müddətdə beynəlxalq nəticələri yeksəltməyə, beynəlxalq səviyyəli idman ustalarının hazırlanması prosesinə daha mükəmməl yanaşmalar tapmağa imkan verdi. Bu isə gənclər və idman siyasətinə yeni nəfəs verdi və nazir Azad Rəhimovun səsləndirdiyi sözləri təsdiqlədi: “Bizə, nəhayət, ümummilli mövqelərdən çıxış edərək, böyük miqyaslı düşünməyi öyrənmək lazımdır”.

Qeyd etdiyim kimi, federasiya ilk günlərdən fəaliyyətinin əsasında duran iki məqamı diqqətdə saxlayır. Bakıda Bayıl ərazisində, Hərbi Hava Qüvvələrinin avarçəkmə bazasının yenidən qurulması, avarçəkmə hovuzunun və ellinqlərin tikintisi, liman və slipin təmiri həyata keçirilmişdir. Mingəçevirdə isə ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə keçmiş idman mərkəzi “Kür”ün ərazisində yerləşmiş qaçqın və məcburi köçkünlərə kottec və mənzillərlə təmin edilməsindən sonra yüksək səviyyəli “Kür” Olimpiya mərkəzi yaradılmışdır. Avropa oyunlarına görə bu mərkəz yenidən qurulmuş, kilometrlik su məkanı isə beynəlxalq tələblərə uyğun vəziyyətə gətirilmişdir.

 

- İlk Avropa oyunlarında avarçəkmədə kanoeçi Demyanenko gümüş medal qazandı. Onun Rio-De-Janeyroda uğuruna ümid etmək olarmı? Ümumilikdə avarçəkənlərin ilk Avropa oyunlarında çıxışlarını necə qiymətləndirirsiniz?

 

- Belə səviyyəli beynəlxalq idman yarışlarında çıxışa qiymət, bir qayda olaraq, medalların keyfiyyət və sayı üzrə verilir. Burada qızıl medal – nailiyyət etalonudur, mühüm nəticə isə - istedad və ağır əziyyət sayəsində mümkün olur. Ancaq istənilən incəsənət növündən fərqli olaraq, idmanda uğur təsadüf və tale kimi faktorlardan da asılıdır. Bu faktorlarla isə çətin idman yolunda atletlər, komandalar və hətta ölkələr tez-tez qarşılaşırlar.

2012-ci il London Olimpiadasında kanoeçilərin startı zamanı hamının medal gözlədiyi dünya çempionunun qarşısını təsadüfi zədədən yaranan çox güclü ağrı aldı. Sağlam düşüncə yarışı dayandırmağa məcbur edirdi, borc və idman şərəfi isə başqa şey deyirdi. Demyanenko mübarizəni sona qədər davam etdi, ancaq yarışı sonuncu bitirdi, bu isə onu çox şeydən, o cümlədən, şöhrətdən də məhrum etdi.

İlk Avropa oyunlarına hazırlıq üçün ən yüksək səviyyədə bütün şəraitin yaradıldığı avarçəkənlərimizin nəticəsi məni qane etdi. İstənilən oyunların gümüş medalı əhəmiyyətli nəticədir. Eləcə də, bizim məktəbin yetirmələri olan Mirnazim Cavadov və Tamerlan Mustafayevin çıxışlarını gördük. Bu milli kadrlara biz gələcəkdə müəyyən ümidlər bağlamışıq.

 

- Keçmiş illərdə avarçəkmə idman növləri Bakı buxtasının akvatoriyasında yaxşı ənənələrə malik idi, ancaq onun hüdudları kənarında Azərbaycan avarçəkməsi rəqabətə davamlı deyil. Düşünürəm ki, dəniz dövlətində Olimpiya avarçəkməsinin inkişafında ancaq Mingəçevirlə kifayətlənmək olmaz. Bakı buxtasının akvatoriyasında avarçəkmənin yenidən populyarlaşdırılması nəzərdən keçirilirmi?

 

- Bilirsiniz ki, Milli parkın yenidən qurulması akvatoriyanın sahil zolağının müxtəlif tikililərdən və gəmi təmiri zavodlarından azad etdi və paytaxtın milli dənizkənarı parkını dünyanın ən böyük və ən gözəl bulvarına çevirdi. İlk Avropa oyunları ərəfəsində Dənizkənarı Milli Parkda, Bayıl burnundan 20-ci Sahəyə tərəf  böyük su idman növləri sarayı da daxil olmaqla, müxtəlif idman tikililəri yaradılıb. Bununla belə, kiçik körfəzlərin olduğu akvatoriyanın sahil zolağı dəyişməz olaraq qalıb.

Bu gün dövlət başçısı İlham Əliyevin olimpizm və idman məsələləri ilə bağlı ideyaları  uğurla reallaşır, Avropa oyunları isə Azərbaycanda hətta Olimpiadanın keçirilməsinin mümkünlüyünü təsdiq etdi.

Ancaq Bakı buxtasının akvatoriyasında avarçəkmə bazasının yaradılması məsələsini irəli sürməzdən öncə milli parkın memarlıq xüsusiyyətlərini, avarçəkmə bazasının ərazisinin ölçülərini, ellinqlərin, avarçəkmə hovuzlarının və bir çox başqa şeylərin yerləşdirilməsi üçün ərazinin xüsusiyyətlərini araşdırmaq lazımdır.

 

- Ermənistanın ilk Avropa oyunlarında iştirakı və Bakı-2015-in Ermənistanda nümayiş olunması ilə əlaqədar bu yaxınlarda yaranan istəklə bağlı fikrinizi soruşmaya bilmərəm.

 

- Məlumdur ki, Ermənistan cəzalandırılmadığından, rahat şəkildə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarları saymazdan gəlir. Erməni lobbisi və hətta bir sıra Avropa strukturları öz yalanları ilə qitənin ən böyük hadisəsini keçirməyi etibar etdiyi ölkənin nüfuzuna xələl gətirməyə çalışırlar. Qeyd edək ki, Ermənistanda Bakıya gəlmək niyyətlərini çoxlu sayda idmançı irəli sürdü, ancaq onlara müxtəlif təşkilatlar təzyiq göstərdi. Ancaq buna baxmayaraq, Avropa oyunlarına Ermənistandan 25 iştirakçı gəldi.
Bu isə o deməkdir ki, Ermənistan təmsilçiləri əyani şəkildə ölkəmizin iqtisadi, sosial və mədəni inkişafının şahidi oldular. Bu o deməkdir ki, onlar Bakıda yenidən yaradılmış idman infrastrukturunun möhtəşəmliyini və mükəmməlliyini gördülər. Nəhayət, bu o deməkdir ki, öz gəlişləri ilə erməni idmançıları öz ölkə rəhbərliyinin fəaliyyətindən fərqlənən mövqe ifadə edirlər. İlk Avropa oyunlarının Ermənistan teleməkanında yayımlanması isə Azərbaycanın gücünün, çoxsaylı etiqad və mədəniyyətləri birləşdirən multikulturalizminin nümayiş olunması üçün əlavə imkandır.

 

- Öz uğurlarınıza necə yanaşırsınız və Avropa oyunlarından sonra federasiyanın hansı perspektivləri var?

 

- Kifayət qədər tənqidi yanaşıram. Tənqid və özünütənqid birmənalı anlayışlar deyil.  Ancaq özümə tənqidi qiyməti versəydim ,  deyərdim ki, avarçəkmədə bacardığım hər şeyi etdim, ancaq şübhəsiz ki, bu istədiklərimdən xeyli azdır.

İdmanda proqnoz vermək – necə deyərlər, uduşsuz işdir, çünki onların çoxu daha sonra həyata keçmir.Bununla belə, müasir idmanda yeni nəsildən yeni sensasiyalar gözləmək lazımdır -  desəm düşünürəm ki, səhvə yol vermərəm. Yeni nəsil böyük idmanda əsas startdan yarımil öncə ərzində ən gözlənilməz nəticə əldə edə bilər. Belə ki, avarçəkmə bukmeykerləri hesab edirdilər ki, Mingəçevirdə kanoeçilərin 200 metr məsafədə Avropa oyunlarının qızıl medalı uğrunda əsas mübarizəsi iki köhnə rəqib arasında olacaq – 2013-cü il Avropa çempionu Demyanenko və 2014-cü ildə Avropa çempionu olan rusiyalı Krayter. Ancaq ilk Avropa oyunlarının qalibi gənc litvalı idmançı oldu.

Demyanenko kimi ekstra-klass səviyyəli avarçəkəni tapmaq və hazırlamaq üçün çox şey, o cümlədən, zaman lazımdır. Rio de Janeyroya milli yığma komanda medallar uğrunda mübarizə aparmağa qadir olan avarçəkənlərlə gücləndiriləcək. Demyanenkonun iştirakı isə təkcə onun təbii vəziyyətindən, həm də psixoloji və xüsusi hazırlığından asılı olacaq.

Biz Rio de Janeyroda Olimpiada və Bakıda keçiriləcək İslam həmrəyliyi oyunları ərəfəsindəyik. Milli Avarçəkmə Federasiyasının prezidenti olaraq, bütün gücümdən istifadə edəcəm ki, bizim avarçəkənlər həm Rio-2016-da, həm də İslam Həmrəyliyi Oyunlarında  ümidləri doğrultsunlar və layiqli nəticə əldə etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar