Əfran İsmayılov: “Qarabağ”ın şərtləri ilə razılaşmadım”
14 may 2013 17:11 (UTC +04:00)

Əfran İsmayılov: “Qarabağ”ın şərtləri ilə razılaşmadım”

Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov Topaz Premyer Liqasının XXXI turunda “Bakı” ilə görüşdə iştirak etməyəcək. Bu haqda az öncə Lent.az-ın qonağı olan İsmayılovun özü məlumat verib.

 

25 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Qurban Qurbanov saat 17:30-da başlanacaq matçda onu ilk “18-liy”ə daxil etməyib. Səbəb kimi zədədən sonra futbolçunun lazımi formaya düşə bilməməsi göstərilib. İsmayılov ötən tur “İnter”lə görüşdə də ilk “18-lik”də yer almadığını xatırladaraq, bunu “Bakı”ya mümkün keçidi ilə əlaqələndirməyib. Lakin o, “Qarabağ”dan gedə biləcəyini də istisna etməyib. İsmayılovun sözlərinə görə, klub rəhbərliyi ona yeni müqavilə təklif etsə də, ilkin danışıqlarda irəli sürülən şərtləri qəbul etməyib: “Mən də öz şərtlərimi irəli sürdüm və klub rəhbərliyi müəyyən müddətdən sonra mövqeyini açıqlayacağını dedi. “Qarabağ”la müqaviləm mövsümün sonunda başa çatır. Şərtlərimlə razılaşsalar, qalacağam, anlaşa bilməsək, sərbəst agent kimi digər təklifləri dəyərləndirəcəm”.

 

İsmayılov son zamanlar istənilən səviyyədə oynaya bilmədiyini də etiraf edib. O bildirib ki, şəxsi problemlərdən qaynaqlanan zəif çıxışını tədricən aradan qaldıracaq: “Artıq şəxsi problemlərim arxada qalıb. Hazırda elə vəziyyətdəyəm ki, forma yığmalıyam. Ola bilsin, klubum mənə yeni müqavilə şərtlərini hazırkı durumuma uyğun olaraq, irəli sürüb. Amma mən də çəkdiyim əziyyət qarşılığında müəyyən məbləğ istəmişəm”.

 

Qeyd edək ki, Əfqan İsmayılov peşəkar futbolçu karyerasına “Qarabağ”da başlayıb. O, 2009-cu ildə icarə əsasında “Turan”da keçirdikdən sonra Ağdam komandasına qayıdıb. İsmayılov “Qarabağ”ın heyətində ən parlaq oyununu 2010-2011-ci il Avropa Liqası mövsümündə sərgiləyib. Futbolçu 5 qol vuraraq, komandasının “pley-off”adək yüksəlməsində böyük rol oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar