Əfran İsmayılov: “Gələcəkdə “Atletiko”da oynaya bilərəm”
24 may 2013 23:02 (UTC +04:00)

Əfran İsmayılov: “Gələcəkdə “Atletiko”da oynaya bilərəm”


“Bakı” klubu 2013/2014-cü il mövsümündə ilk futbolçu transferini həyata keçirib. Lent.az-ın məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi “Qarabağ”la müqaviləsini yeniləməyən Əfran İsmayılovu öz sıralarına qatıb.

25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. İsmayılov klubun “Online TV”sinə müsahibəsində bildirib ki, “Bakı”nı gözəl infrastrukturu, bazası, rəhbərliyi və gələcəyə inamla irəliləməsi ilə əlaqədar seçib. O, yeni klubunda yaxşı qarşılandığını və belə bir komandanı seçməsinə çox sevindiyi söyləyib. Yeni transfer “Bakı”nın “Atletiko”, “Portu”, “Lans” kimi klublarla əməkdaşlıq etdiyini xatırladaraq, “İnanıram ki, özümü göstərib gələcəkdə bəlkə də o klublara keçə, o komandalarda oynaya bilərəm” deyib.

Bununla belə, İsmayılov ilk növbədə, “Bakı”nı irəli aparmağın gərəkliyini vurğulayaraq, bu komanda ilə ən azı çempionluq əldə etmək üçün əlindən gələni edəcəyinə söz verib: “Doğrudan da yaradılan şərait qarşılığında bu mövsüm “Bakı”da geriləmə çox oldu. Mən də istərdim ki, bu klub Avropa kuboklarına vəsiqə qazansın və qitə miqyaslı yarışlarda iştirak edim. Amma üzücü bir şey yoxdur. “Bakı” rəhbərliyi perspektivi fikirləşir və gələcəyə böyük ümidlər bəsləyir. Ona görə də belə hallar hər bir futbol klubunda olur. İnanıram ki, növbəti mövsümdə yaxşı nəticələr göstərərək, ən azı Avropa kuboklarında qrup mərhələsinə vəsiqə qazanacağıq. Deyilənə görə, klubda çoxlu dəyişiklik ediləcək. Ən əsası, yaxşı oyunçular alaraq, iddialı heyət qurub inamlı təsir bağışlamaq və yaxşı nəticələr göstərmək lazımdır”.

Qeyd edək ki, Əfran İsmayılov 8 oktyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. O, peşəkar futbol karyerasına 2006-cı ildə “Qarabağ”da başlayıb. 2008/2009-cu il mövsümünü icarə əsasında "Turan"da keçirdikdən sonra İsmayılov yenidən Ağdam komandasına dönüb. Yarımmüdafiəçi ötən il Azərbaycan milli komandasına da dəvət alıb və 3 oyuna 1 qol vurub.

 

# 1212
avatar

Oxşar yazılar

“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55
“Real”  36-cı dəfə   çempion oldu

“Real” 36-cı dəfə çempion oldu

4 may 2024 , 22:07
“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

4 may 2024 , 20:00