
Dünyanın ən çox qazanan idmançılarının SİYAHISI AÇIQLANDI
Dünyanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, “Forbes” jurnalının tərtib etdiyi cədvəldə 2018-ci il iyunun 1-dən 2019-cu il iyunun 1-dək olan müddətdəki qazanclar nəzərə alınıb.
İdmançıların bir il ərzindən müqavilədən, yarışlardakı mükafatlardan, həmçinin sponsor müqavilələrindən əldə etdiyi gəlirlər hesablanıb. 100 ən çox qazanan atlet ümumilikdə 4 milyard dollar əldə edib.
Siyahıya İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi başçılıq edir. O, son 1 ildə 127 milyon dollar qazanıb. İkinci pillədə portuqaliyalı futbolçu Kriştianu Ronaldo qərarlaşıb. İtaliya “Yuventus”un hücumçusunun qazancı 107 milyon dollar olub. İlk “üçlüy”ü Braziliya millisinin futbolçusu Neymar qapayıb. Fransanın PSJ klubunda oynayan “sambaçı” ili 105 milyon gəlirlə başa vurub.
Ən çox qazanan idmançıların “Top-10”u belədir
1. Lionel Messi (Argentina, futbol) – 127 milyon dollar
2. Kriştianu Ronaldo (Portuqaliya, futbol) – 107
3. Neymar (Braziliya, futbol) – 105
4. Kanelo Alvares (Meksika, boks) – 94
5. Rocer Federer (İsveçrə, tennis) – 93,4
6. Rassell Uilson (ABŞ, amerika futbolu) – 89,5
7. Aaron Rocers (ABŞ, amerika futbolu) – 89,3
8. Lebron Ceyms (ABŞ, basketbol) – 89
9. Stefen Karri (ABŞ, basketbol) – 79,8
10. Kevin Dyurant (ABŞ, basketbol) - 65,4
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04