Bu gün Braziliyada futbol üzrə dünya kuboku yarışlar başlayır.
Lent.az-ın “AzadjlıqRadiosu”-na istinadən məlumatına görə, 15 oyuna biletləri hələ də almaq olar. Həmin oyunlar arasında Almaniya, İtaliya, Fransa yığmalarının oyunları da var.
FİFA-nın məlumatına əsasən, indiyədək 2 milyon 900 min bilet satılıb.
Ən yaxşı oyunlara da hələ də bilet almaq olar, ancaq bunlar ən bahalı biletlərdir.
FİFA-ya bilet üçün ümumilikdə 11 milyon müraciət olunub. 2,2 milyon bilet birbaşa FİFA.com saytı vasitəsilə satılıb. Biletlərin 60 faizi braziliyalılara çatıb.
Vətəndaşları ən çox bilet alan ikinci ölkə ABŞ-dır- 197 min.
İyunun 12-də Dünya Kuboku Braziliya-Xorvatiya oyunu ilə açılacaq. Həmin oyuna 61 min biletdən cəmi 25 mini adi qaydada satışa çıxarılıb, 36 min bilet sponsorlara və yerli təşkilatçılara verilib. Onlar da öz bildikləri kimi bu biletləri paylayıblar.