Dünya çempionatında ilk medal
17 sentyabr 2013 10:49 (UTC +04:00)

Dünya çempionatında ilk medal

Macarıstanın paytaxtı Budapeştdə keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatının ilk günündə Azərbaycan milli komandası medal hesabını açıb. Lent.az-ın məlumatına görə, 96 kq çəki dərəcəsində yer alan sərbəst güləşçimiz Xetaq Qazyumov gümüş medala sahib olub.

 

Qazyumov ardıcıl olaraq Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini mübarizədən kənarlaşdıraraq, finala çıxıb. Lakin o, həlledici görüşdə iranlı Reza Yezdaniyə yenilib – 2:4.

 

Qeyd edək ki, dünya çempionatının ilk günündə digər güləşçilərimiz Yaşar Əliyev (55 kq) və Ağahüseyn Mustafayev ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185
avatar

Oxşar yazılar