Dünya Çempionatında Azərbaycan və Ermənistan rəqib olmayacaq
16 iyun 2015 18:26 (UTC +04:00)

Dünya Çempionatında Azərbaycan və Ermənistan rəqib olmayacaq

 

 

Seçmə mərhələnin püşkatması iyulun 25-də Sankt-Peterburqda keçiriləcək

 

2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları ayrı qruplarda yer alacaq.

 

APA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi iki ölkə arasındakı siyasi durum göstərilir.

 

DÇ-2018-in seçmə mərhələsinin püşkatması 2015-ci ilin 25 iyul tarixində Sankt-Peterburqda baş tutacaq. DÇ-2018 Rusiyanın 11 şəhərində keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları uzun müddətdir dünya və Avropa çempionatlarının seçmə mərhələlərində ayrı-ayrı qruplarda yer alırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222

Oxşar yazılar