Dünya çempionatı mükafatlarının məbləği açıqlandı
12 iyun 2014 04:22 (UTC +04:00)

Dünya çempionatı mükafatlarının məbləği açıqlandı

0

Sabah Braziliyada 2014-cü il dünya çempionatına start veriləcək. Apasport.az xəbər verir ki, 32 komandanın yarışacağı turnirdə qalibin alacağı mükafatın məbləği 35 milyon dollar olacaq.

 

İkinci yerin sahibi isə 25 milyon dollar qazanacaq. Üçüncü pilləni ələ keçirən komanda 22 milyon dollarla kifayətlənməlidir. Dördüncü yerdə qərarlaşacaq komanda isə 20 milyon dolları ölkəsinə aparacaq.

 

Digər mükafatlar isə belədir:

1/4 finalçılar – 14 milyon dollar

1/8 finalçılar – 9 milyon dollar

 

Qrupdan çıxan komandalar – 8 milyon dollar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1165

Oxşar yazılar