Dünya çemipionatı Rusiyaya 8 milyarda başa gələcək
24 may 2013 06:11 (UTC +04:00)

Dünya çemipionatı Rusiyaya 8 milyarda başa gələcək

0

Rusiya hökumət başçısının birinci müavini İqor Şuvalov bildirib ki, 2018-ci ildə futbol üzrə dünya çempionatının ölkəsində keçirilməsi 8 milyard dollara başa gələcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bir müddət öncə rusiyalı məmurlar bu rəqəmin 2-3 dəfə artıq olduğunu bildirmişdi.

 

Şuvalov mayın23-də keçirdiyi brifinqdə deyib: «İdman naziri Vitali Mutko ilə maliyyə naziri Anton Siluanov müşavirədə mənə sonuncu rəqəmin 250 milyard rubl (8 milyard dollar-red.) olduğunu bildiriblər. Bu məsələ ilə bağlı baş nazir göstəriş vermişdi».

 

Xatırladaq ki, bu yarış 2018-ci ildə iyunun 8-dən iyulun 8-dək Rusiyanın 11 şəhərində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar