Dünya birinciliyinin ən “çirkli oyunu” -  <span style="color:red;">Braziliya - Kolumbiya
05 iyul 2014 22:25 (UTC +04:00)

Dünya birinciliyinin ən “çirkli oyunu” -  Braziliya - Kolumbiya

İyulun 4-də futbol üzrə dünya birinciliyinin ¼ finalında Braziliya ilə Kolumbiya komandaları qarşılaşıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, oyun zamanı komandalar 54 dəfə qaydaları pozub.

 

Ən kobud oyunçu braziliyalı Marselo olub. O, 5 dəfə cərimə “qazanıb”. Kolumbiyalılardan isə üç cərimə ilə Xuan Kuadrado və Kristian Sapta “fərqlənib”.

 

Qarşılaşma zamanı ən ağır zədəni Braziliya millisinin hücumçusu Neymar alıb. Oyunun 88-ci dəqiqəsində kolumbiyalı müdafiəçi Xuan Suniqa hücumçunu dizinə və belinə zərbə endirib.

 

Neymar meydançanı xərəkdə tərk edib. Həkimlər bildirib ki, o, 4-8 həftə futbol oynaya bilməyəcək.

 

İyulun 9-da Almaniya ilə yarımfinal qarşılaşmasında Braziliyanın kapitanı Tyaqo Silavda Sarı vərəqəsinə görə görüşü buraxacaq.

 

Xatırladaq ki, oyun 2: 1 hesabı ilə Braziliyanın xeyrinə başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar