Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutan 5 qarşılaşmadan sonra müxtəlif statistik göstəricilər üzrə fərqlənənlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, ön sıralarda “Qarabağ”ın futbolçuları da yer alıb.
Rəqib qapılarına 3 qol vuran Dino Ndlovu Çempionlar Liqasının bombardirləri sırasında mövqeyini qoruyur. CAR-dan olan hücumçu ən çox qol vuran 11 oyunçudan biridi.
“11-lik”də olan afrikalı həm də oyundankənar vəziyyətə düşməkdə fərqlənib. 6 dəfə belə durumla üzləşən Dino 2-ci yerə şərikdi.
Maksim Medvedevlə Miçel isə intizamsızlığı ilə seçilib. Maksim Çempionlar Liqasında hamıdan çox – 14 qayda pozuntusuna yol verib. 13 folu olan ispaniyalı 2-ci sırada qərarlaşan cütlükdən biridi.