Diniyevlərə daha bir bəd xəbər
18 fevral 2014 16:43 (UTC +04:00)

Diniyevlərə daha bir bəd xəbər

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin daha bir yaxın qohumu cəzalandırılacaq. Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi 48 yaşlı mütəxəssisin qardaşı oğlu Ramil Diniyevin baş hakim kimi idarə etdiyi oyunda səhv tapıb.

 

Topaz Premyer Liqasının XII turunda “Bakı” ilə matçın 57-ci dəqiqəsində “Simurq”un futbolçusu Patrik Osiakaya göstərilmiş sarı vərəqə matçın hakiminin səhvi nəticəsində protokolda qeyd edilməyib. Lakin oyunun videoyazısını izlədikdə həqiqətən də həmin dəqiqədə adıçəkilən futbolçunun sarı vərəqə ilə cəzalandığı aşkar olunub. Bu səbəbdən, protokolda qeyd edilməyən sarı vərəqə “Simurq”un oyunçusu Patrik Osiakanın aktivinə əlavə edilib.

 

Hadisə ilə bağlı AFFA Hakimlər Komitəsinə matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməsi tapşırılıb.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında artıq 21 tur arxada qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Oxşar yazılar