PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya dekabr ayında Liqa 1-in ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, o, Fransa Peşəkar Futbolçular Assosiasiyasının sorğusunda qalib olub.
Maraqlıdı ki, argentinalı vinger “Anje”nin üzvü Şeyk Ndoye və PSJ-nin ulduzu Zlatan İbrahimoviçi qabaqlayıb.
Qeyd edək ki, Di Mariya dekabrda PSJ ilə 4 oyuna çıxıb. Bu matçlarda o, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Klub isə mümkün olan 12 xaldan 10-nu qazanıb.