Devid Bekhem şəxsi futbol komandasını yaratdığını bəyan edib. Lent.az-ın məlumatına görə, klub ABŞ-ın Mayami şəhərini təmsil edəcək.
Komandaya hələ ad qoyulmasa da, ABŞ-ın Əsas Futbol Liqası sayılan MLS-də çıxış edəcəyi dəqiqdir. Yaxın müddətdə şəxsi mənbələrin vəsaiti hesabına stadion tikintisinə başlanılacaq. Artıq NBA ulduzu Lebron Ceyms belə bir layihəyə sərmayə qoymaqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Florida ştatında futbol klubunun yaradılması ilə Devid Bekhem, eləcə də boliviyalı milyarder Marselo Klaure və britaniyalı biznesmen Saymon Fullerin başçılıq etdiyi investisiya qrupu məşğuldur.