Türkiyə Super Liqasının XI turunda “Qalatasaray”la qarşılaşacaq “Fənərbaxça”da problemlər bitmir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu indi də Ozan Tufanın xidmətindən məhrum olub.
Belə ki, milli komandanın düşərgəsində zədələnən, ancaq derbiyə yetişməsi gözlənilən futbolçu ayağındakı ağrılar səbəbindən derbinin heyətindən çıxarılıb. Onu, alman əsilli rus oyunçu Noyştaderin əvəzləməsi gözlənilir.
Qeyd edək ki, “sarı bülbüllər”in daha əvvəl Mehmet Topal (cəza) və Cermeyn Lensin (zədə) xidmətindən istifadə edəbilməyəcəyi açıqlanmışdı.